Flora Kərimova: "Qızım məni aldatmaq istədi, amma alınmadı"

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan xalq artisti Flora Kərimova maraqlı açıqlamalar verib.

"Qızım ayrılan zaman məndən sənədləri istəyəndə ürəyimə şübhə doldu ki, nəsə olub. Soruşdum, heç nə demədi. Yalandan ev almalıyıq deyə sənədlərin lazım olduğunu dedi. Ananın ürəyini aldatmaq olmaz axı. Bir də gördüm ayrılıblar. Qudalarım çox yaxşı insanlardır. Ayrılmalarına baxmayaraq münasibətimiz qalıb. Elə ab-hava yaratmışdı ki, Zümrüdün cismən uzaqlığını hiss edirdim. Qürbətdə qəribliyini hiss etmirdim. Amma indi daha çox hiss edirəm. Qızımdan arxayınam, namusundan arxayınam. Bilirəm ki, nə məni, nə atasının ruhunu, nə də bir başqasının başını aşağı əyməz. Belə övlad anasının yanında olsa, yaxşıdır. Allah bu "WhatsApp"ı yaradanın canını sağ eləsin. Bütün gün onunla yazışırıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Flora Kərimova: