Azərbaycanda bəzi müəllimlərin səlahiyyətləri azaldıldı
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanda ixtisasartırma və kadrların yenidən hazırlanma tədris müəssisələri elmi tədqiqat işləri apara bilməyəcəklər.
Day.Az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı 1997-ci il 11 iyul tarixli 77 nömrəli qərarla təsdiq edilmiş "İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinin nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, tədris müəssisələrində elmi-tədqiqat işlərinin aparılması əsasnamədən çıxarılıb.
Bundan başqa, tədris müəssisələri professor-müəllim heyətinin hüquq və vәzifәlәri azaldılıb. Belə ki, yeni qərarla professor-müəllim heyətinin əsas iş yerində və ya elmi-tədqiqat, layihə-konstruktor və digər təşkilatlarda müəyyən edilmiş qaydada elmi iş aparmaq, elmi tədqiqatlar aparmaq, onların nəticələrinin istehsalatda tətbiqində iştirak etmək, əldə edilmiş elmi nailiyyətlərdən tədris prosesində istifadə etmək kimi hüquq və vəzifələri ləğv edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре