https://news.day.az/azerinews/963470.html “Ailə tərbiyəsi görmüşəm” - Xalq artisti efirdə ağladı - VİDEO Day.Az представляет новость на азербайджанском языке ARB TV-nin "Səhər-Səhər" proqramının budəfəki qonağı xalq artisti, aktrisa Məleykə Əsədova olub. Milli.Az bildirir ki, xalq artisti proqramda dünyasını dəyişmiş anasından danışarkən göz yaşlarını tuta bilməyib: "Anam qocadır mahnısını anama ad günündə hədiyyə etmişdim.

“Ailə tərbiyəsi görmüşəm” - Xalq artisti efirdə ağladı - VİDEO

Azərbaycanca, 27 декабря 2017 15:20 (UTC +04:00) 1 072
“Ailə tərbiyəsi görmüşəm” - Xalq artisti efirdə ağladı

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Səhər-Səhər" proqramının budəfəki qonağı xalq artisti, aktrisa Məleykə Əsədova olub.

Milli.Az bildirir ki, xalq artisti proqramda dünyasını dəyişmiş anasından danışarkən göz yaşlarını tuta bilməyib:

"Anam qocadır mahnısını anama ad günündə hədiyyə etmişdim. Atam haqqında şeirim var. İnsan ailəsinə, özünə hörmət etməlidir ki, başqasına hörmət edə bilsin. Mənim anama, atama, indi də qızıma, bacılarıma böyük hörmətim var. Mən ruhun varlığına inanıram. Hər gün anamla, atamın ruhuna salavat göndərirəm. Dekabrın 29-u anamın ad günüdür. Ad günlərində qəbri üstə oluram. Mən ailə tərbiyəsi görmüşəm. Danışanda fikirləşirəm ki, bu sözü mənə desələr, necə olardım? Son günlər daha çox deyriəm ki, Allah, bizi mərdiməzardan qoru. Allah məni sevənləri qorusun".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости