https://news.day.az/azerinews/968682.html “Ağıllı istixana” yaradıldı - Azərbaycanda Day.Az представляет новость на азербайджанском языке Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri "ağıllı istixana" yaradıb. Bunu Trend-ə layihəyə yaxın olan Rusif Hüseynov deyib.

“Ağıllı istixana” yaradıldı - Azərbaycanda

Azərbaycanca, 16 января 2018 18:45 (UTC +04:00) 1 387
“Ağıllı istixana” yaradıldı - Azərbaycanda

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri "ağıllı istixana" yaradıb.

Bunu Trend-ə layihəyə yaxın olan Rusif Hüseynov deyib.

Onun sözlərinə görə, layihə funksionallığına görə xarici analoqlarını üstələyir və tərəvəzlərin istixana təsərrüfatında yetişdirilməsi prosesinin tam avtomatlaşdırılmasını nəzərdə tutur: "Tələbələr tərəfindən istifadədə sadə və etibarlı sistem yaradılıb. Bu gün azərbaycanlı sahibkarları bu cür qurğuları Almaniya və Niderlanddan ixrac edir. Tələbələrimiz tərəfindən yaradılan layihə isə heç də onlardan geri qalmır. Biz "ağıllı istixana" layihəsini Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmək niyyətindəyik".

"Ağıllı istixana" istixanalarda iqlimə avtomatik nəzarət etməyə imkan verir və hava dəyişikliyinin bitkilərə təsirinin qarşısını alır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости