Xalq artistinin nəvəsinin ilk şəkili - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Körpə sənətçinin kiçik oğlu Əkbərin oğludur.
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva yenicə doğulmuş nəvəsi Kərimlə birgə şəklini paylaşıb.
ANS PRESS-in məlumatına görə, körpə sənətçinin kiçik övladı Əkbərin oğludur. Məşhur ifaçı üçüncü dəfə nənə olur. Nazpəri Dostəliyeva ailəsinə, övladlarına və yeni doğulmuş nəvəsi Kərimə daha çox vaxt ayırdığını və nəvazişini çəkdiyini deyir. Şəkildə nəvəsi Kərimi qucağına alan sənətçi çox xoşbəxt görünür.

Nazpəri Dostəliyeva yenicə doğulmuş nəvəsi Kərim ilə
Nazpəri Dostəliyeva 1959-cı il dekabrın 23-də Şamaxıda doğulub. Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. "Nə olar, Allahım, ayırma bizi" mahnısı ilə daha da məşhur olub. 1998-cı ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. Ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin iki oğlu var.

Nazpəri Dostəliyevanın oğlu Əkbər və gəlini Ülkər
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре