Xalq artistindən özü ilə bağlı maraqlı etiraf
Day.Az представляет новость на азербайджанском языке
Xalq artisti Nazpəri Dostəliyeva özü ilə bağlı maraqlı etiraf edib.
Axşam.az-ın xəbərinə görə, müğənni türkiyəli ifaçıÖzcan Dəniz tərəfindən filmə çəkilmək təklifi aldığını bildirib:
"İllərdir hamı gedir Türkiyəyə, qayıdıb gələndə heç nə göstərmir. Deyirlər, "konsert verdik", amma ortada bir sübut yox. Mən getdim, gəlib konsertimdən görüntülər təqdim etdim. "Bir millət, iki dövlət" adlı konsertimə Özcan Dəniz, Nebahat Çehrə də qatılmışdılar. Həmin ərəfədə Özcan məni "Haziran gecəsi" serialına dəvət etmişdi. Orada mənə rol təklif olunmuşdu. Bunu heç vaxt deməmişəm. Çünki Özcanın təklifindən imtina etmişdim".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре