Xalq artistinə bənzəmək istəyən kim olub?

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Nisə Qasımova "10Lar"a açıqlamasında imici haqda danışıb.

Axşam.az-ın məlumatına görə, o, rus müğənni İrina Alleqrovanın özünü ona bənzətdiyini deyib:

"O vaxt mən Türkiyədə olanda qəzetlər yazırdılar ki, "Azərbaycanın Emel Sayını Türkiyədə". Amma mən eqoistəm. Belə şeyi xoşlamıram. İrina Alleqrova atası və anasıyla birgə Bakıda Rus Dram Teatrında işləyəndə oranın rejissoru Aleksandr Jqenti mənə bu haqda deyirdi ki, Alleqrova saçlarını eynən sənin kimi yana bururdu. Sonra da deyirdi ki, baxın görün Nisə Qasımovaya oxşayıram?"

Daha sonra xalq artisti İ.Alleqrovaya ismarış göndərib:

"O indi bizi tanımaz. Fikirləşir ki, yəqin, dünya ulduzudur. Amma buradan deyirəm ki, "Sən hər zaman mənə bənzəyirdin, mən sənə yox". Heç vaxt özümü kiməsə oxşatmamışam".

N.Qasımova özünün "alman kuklası" ləqəbindən də bəhs edib:

"Çox gənc yaşlarımda mənə belə ad vermişdilər. Çünki sovetlər birliyi dövründə ən bahalı gəlinciklər alman kuklaları idi. Haqqımda deyirdilər ki, anası rusdur, ukraynalıdır. Amma mən Dağlı məhəlləsində doğulub böyümüşəm". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.