Rio-2016: Hacı Əliyevin medal qazanmaq şansı qalır

Day.Az представляет новость на азербайджанском языке

-----------
19:25

Day.Az Trend-ə istinadən bildirir ki, Rio-2016-da 57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Hacı Əliyev bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Belə ki, onun 1/4 finalda məğlub olduğu gürcü idmançı Vladimer Xinçeqaşvili finala yüksəlib.

-----------
18:25

Hacı Əliyev (57 kq) 1/4 finalda Gürcüstan təmsilçisi Vladimir Hinçeqaşvili ilə güləşib. Milli.Az bildirir ki, millimizin üzvü 4-3 hesabı ilə rəqibinə uduzdu.

---------
17:44

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Trend-in məlumatına görə, yarışların 14-cü günündə Azərbaycan güləşçisi Hacı Əliyev mübarizə qoşulub.

57 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz 1/8 final mərhələsində Koreya təmsilçisi Yun Junsiklə qarşılaşıb.

Rəqibindən xeyli üstün olan idmançımız vaxtından əvvəl qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - 12:2.

H.Əliyevin 1/4 finaldakı rəqibi gürcü güləşçi Vladimer Xinçeqaşvili olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.