"Maşın şou"da boz kardinal kimdir?

Day.Az представляет новость на азербайджанском языке.
ANS TV-nin efirində yayımlanan "Maşın" realiti-şounu boz kardinal idarə edir.
Anspress bildirir ki, layihənin rəhbəri və aparıcısı Murad Dadaşov belə deyir. O bildirib: "Dünən Aygün Kazımova və Mehriban Xanlarova arasında yaşananlar, Rəhimlə Kərimin gözlənilmədən əlini maşından çəkməsi təsadüfi deyildi. İştirakçılar buradakı bir nəfər tərəfindən idarə olunur. O boz kardinalın kimliyini mən bilirəm. O kimdirsə, çox taktikalıdır. Onun haqqında bircə onu deyə bilərəm ki, o bu gün heç danışmayıb. Həmin şəxs iştirakçıları gözü ilə idarə edir".
Anar Atakişiyev şouda qalmaq istədiyini dedi: "Getmək istəmirəm, çünki o boz kardinalı tapıb üzə çıxarmaq istəyirəm".
Qeyd edək ki, bu gün iştirakçılar Roza Zərgərlinin şəklini atıblar. Roza Zərgərli qalması üçün səs toplasa, Anar Atakişiyevi çıxaracağını bəyan edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре