Bürclər hansı ətirləri seçməlidir?

Day.Az представляет новость на азербайджанском языке

Şirin, çiçəkli və ya ədviyyatlı... Hər bir bürcün fərqli zövqləri olduğu kimi özlərinə məxsus fərqli qoxuları da var. Bəs sizin bürcünüzə uyğun qoxular və ətirlər hansılardır?

Day.Az Azmedia.az-a istinadən bürclərə uyğun ətirləri təqdim edir:

Qoç

Enerjisi bitmək bilməyən cəsur və dinamik olan Qoç qadını, macərapərəst ruhu ilə bütün diqqətləri özünə çəkməyi bacarır. Çox xəfif qoxular Qoçlara görə deyil, onlar fərqlənməyi sevirlər. Bu səbəbdən də odun və çiçək qoxulu ətirlər Qoç qadınları üçün ən ideal ətirlərdir. Qoç bürcü qadınları üçün ətirlər:

Dolce Gabanna The One

Yves Rocher Evidence İntense

Marc Jacobs Daisy Dream

Buğa

Gözəlliyin simvolu sayılan Venera tərəfindən idarə olunan Buğalar səviyyəli qoxuları bəyənirlər. Dəyişimi elə də sevməyən bu bürcün nümayəndələri, həmçinin, ətirlərinə də sadiqdirlər. Venera tərəfindən idarə olunduqları üçün qadınlara xas və romantik qoxular onlara uyğundur. Buğa bürcü qadınları üçün ətirlər:

Lancome Tresor

Chloe Love

Gucci Flora

Əkizlər

İnsanlarla ünsiyyətdə olmağı və danışmağı sevən Əkizlər bürcü qadınları çox istifadə olunan qoxuları sevmirlər. Buğaların əksinə, bir ətirə sadiq qala bilmirlər. Bu bürcün qadınları fərqli və maraqlı qoxular kəşf etməyi sevirlər. Əkizlər bürcü qadınları üçün ətirlər:

Jo Malone Orange Blossom

Dior Homme Intense

Chloe Love Story

Xərçəng

Həssas və romantik olan Xərçəng bürcü qadınları özlərini evlərində hiss etdirəcək ətirləri sevirlər. Tünd qoxulu ətirlər onların başını ağrıdır. Anlayışlı, şəfqətli və köklərinə bağlı xərçəng bürclərinə xəfif ətirlər yaraşır. Xərçəng bürcü qadınları üçün ətirlər:

Chanel No 5

Maison Margiela Replica Beach Walk

Bobbi Brown Almost Bare

Şir

Həyatlarında boz rəngə yer verməyən Şir qadınları xarakterləri kimi aromatik qoxuları sevirlər. Diqqət mərkəzində olmağı sevən bu bürcün qadınlarına eqzotik qoxular tövsiyyə olunur. Şir bürcü qadınları üçün ətirlər:

Paco Rabanne Lady Million

Givenchy Absolutely Irresistible

Tom Ford Black Orchid

Qız

İncəliklərə diqqət göstərən Qız bürcü qadınları ətir seçərkən də diqqətcil olurlar. Bu bürcdəki qadınlar xarakterlərinə uyğun olaraq xəfif və təmiz qoxuları sevirlər. Qız bürcü qadınları üçün ətirlər:

Estée Lauder Sensuous

Dkny Be Delicious

Chanel Coco Mademoiselle

Tərəzi

Ətrafına hüzur verən və olduqca əyləncəli biri olan Tərəzi qadınları təbiiliyi sevirlər. Həddindən artıq xəfif qoxulardan istifadə edən Tərəzilər, öz təbiilikləri ilə seçilirlər. Tərəzi bürcü qadınları üçün ətirlər:

Jo Malone Silk Blossom

Giorgio Armani Idole

Bvlgari Aqva Divina

Əqrəb

Ehtiraslı olmaqları ilə bilinən Əqrəb qadınları, cazibədar qoxulara üstünlük verirlər. Dominant qoxular Əqrəb qadınlarının ruhunu təcəssüm etdirir. Buna görə də ətir seçərkən seçimlərini bu yöndə etmələri məsləhət görülür. Əqrəb bürcü qadınları üçün ətirlər:

Yves Saint Laurent Manifesto

Paco Rabanne Black XS

Elie Saab Le Parfüm

Oxatan

Azadlığına düşgün olan oxatan qadınları gəzməyi, yeni mədəniyyətlərlə tanış olmağı sevirlər. Həmçinin, fərqli qoxulardan istifadə etməkdən çəkinmirlər. Bu bürcün qadınları xəfif və təmiz qoxuları sevirlər. Oxatan bürcü qadınları üçün ətirlər:

Armani Prive Figuier Eden

Balenciaga Rosabotanica

Estee Lauder Pleasures Intense

Oğlaq

Məsuliyyətli, xırda şeylərə diqqət edən və təmizkar Oğlaq qadınları üçün çox az istifadə olunmuş qoxular vazkeçilməzdir. Orijinal qoxular Oğlaqlar üçün uyğundur. Bu bürcün qadınları üçün ətirlər:

Victor & Rolf Flowerbomb

JLo Glow

Giorgio Armani, Sì Passione

Dolça

Cəsur və lider bir xarkterə malik olan Dolça qadınları bitib-tükənməyən enerjiləri ilə diqqət çəkirlər. Macərapərəst Dolçalar dinamik qoxuları sevirlər. Dolça bürcü qadınları üçün ətirlər:

Prada - La Femme L'Eau

Chloe - Nomade

Miu Miu - L'eau Rosée

Balıqlar

Utancaq və zərif olan Balıq bürcü qadınları həyat enerjilərini dənizdən və sudan alırlar. Olduqları yerləri şənləndirən, sevgi dolu Balıq qadınları çiçək qoxulu ətirlərə üstünlük verməlidirlər. Bu bürcün qadınları üçün ətirlər:

Cacharel Anais Anais

Avon TTA Tomorrow

Oscar De La Renta - Bella Blanca

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz