https://news.day.az/azerinews/1137430.html Son 6 ayda dəmir yolundan 1,5 milyon sərnişin istifadə edib Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin son altı ayı ərzində dəmir yolundan istifadə edən sərnişinlərin sayını açıqlayıb. Day.Az xəbər verir ki, QSC-dən Trend-ə özəl olaraq verilən məlumata görə, 2019-cu ilin 6 ayı ərzində dəmir yolu ilə 1 milyon 579 min sərnişin daşınıb.

Son 6 ayda dəmir yolundan 1,5 milyon sərnişin istifadə edib

Azərbaycanca, 12 июля 2019 16:45 (UTC +04:00) 673
Son 6 ayda dəmir yolundan 1,5 milyon sərnişin istifadə edib

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin son altı ayı ərzində dəmir yolundan istifadə edən sərnişinlərin sayını açıqlayıb.

Day.Az xəbər verir ki, QSC-dən Trend-ə özəl olaraq verilən məlumata görə, 2019-cu ilin 6 ayı ərzində dəmir yolu ilə 1 milyon 579 min sərnişin daşınıb. Onlardan 473 mini yerli istiqamətlərdə, 90 mini xarici, 1 milyon 16 mini isə şəhərətrafı elektrik qatarları ilə daşınıb.

2018-ci ilin 6 ayı ilə müqayisədə sərnişindaşımada yerli istiqamətdə 11,5 faiz, beynəlxalq istiqamətlərdə 9,2 faiz, şəhərətrafı elektrik qatarları ilə 29,8 faiz artım müşahidə olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости