Xalq artisti Bilal Əliyev “Maşın”dan getdi

Bu gün "Maşın" şouda ikinci gözlənilməz hadisə yaşanıb.

Day.Az Axşam.az-a istinadla xəbər verir ki, bu dəfə avtomobildən əlini Xalq artisti Bilal Əliyev çəkib.

O, gedişini bu sözlərlə ifadə edib:

"Bu gün səhər atamla telefonla danışdım. Burada dünən olanlara görə mənə əsəbiləşib. 87 yaşı var. Dedi ki, dərhal əlini çək. Özü də evə yox, mənim yanıma kəndə gəl".

Qeyd edək ki, bu gün reper Qurd da qayda pozuntusu nəticəsində "Maşın"dan uzaqlaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.