Fatma Mahmudovanın “Maşın”dakı aqibəti bəlli oldu

"Maşın" realiti-şousunun 18-ci buraxılışında üçüncü səsvermə baş tutub.

Day.Az Axşam.az istinadla xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan Xalq artisti Fatma Mahmudova və müğənni Niyam Salami olub. Hər iki sənətçinin eyni sayda fotosu atıldığı üçün xalq səsverməsi hesablanıb. Ən az səs F.Mahmudovaya gəldiyi üçün hədəf o, olub.

Aktrisanın çıxışı isə maraqlı olub. Sənətçi heç kimi çıxarmaq fikrində olmadığını bildirib. O, tamaşaçılardan şouda qalması üçün səs də istəməyib.

Gərgin keçən yarışmada iştirakçılar arasında mübahisə yaşanıb. Meyxanaçı Aqşin Fateh müğənni Nazim Pişiyarinin bütün oyun planlarını açıb.

F.Mahmudova sonda 64,73 faiz səs toplayaraq, şouda qalıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aşıq Namiq Fərhadoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov,  davam etdirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.