"Torbalarını tikib, dovşanları yola saldım" - Kərim
"Mən yox, həmin gün Aysun çıxmalı idi. Çünki Namiqlə arasında mübahisələr olmuşdu. Axşam səsvermədə bildim ki, torbamı tikiblər".
Day.Az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Zaurla Günaydın" verilişində deyib. Sənətçi "Maşın"dan Aqşin Fatehlə Nazim Pişiyarinin çıxsrılmasının səbəbkarı olduğunu etiraf edib:
"Bütün hamı eşitsin. Aqşinlə Nazimin getməyinin planını mən qurmuşdum. Torba tikməyin axırı belə olur. Mən də onların torbasını tikdim. İki dovşanı elə yola saldım ki... Yolunuz açıq olsun. Səhərə kimi Niyama planı demişəm.
Çox güclü rəqibəm. Şoudan çıxanda pis oldum, evə gəldim, hönkür-hönkür ağladım. Niyə haqsız yerə məni vurdular? Nazim Pişiyari ilə Aqşin Fateh məni vurdu. Ora şahmat oyunudur. Məni şahla vəzir çıxardı, peşkalarla işim yoxdur. Məni orada xalq düşməni etdilər, beş nəvər getməyimə səs istəyirdi.
Şoudan getməzdən bir gün əvvəl namaz üstə dua etdim ki, bu verilişdə simamı itirəcəmsə, məni buradan yolla. Maşınım var, verilişə getmişdim, avtomobilə görə yox. İllərlə televiziyada mənə qadağa qoyublar, amma düzünü danışmışam.
Həyatım gülür, bütün gecəni yatmamışam. O qədər sevindim Aqşinlə Nazimin getməyinə. Haqq yerini tapdı, bundan sonra orada nə oyun çıxarırlar, vecimə deyil".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре