Lalənin qərarı onu şok etdi
"Maşın" realiti-şousunun 18-ci buraxılışının daha bir səsverməsi baş tutub.
Day.Az xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan aparıcı Lalə Mustafayeva olub. O, şəklinin atılacağını gözləmədiyini, şok yaşadığını etiraf edib.
Daha sonra Lalə tamaşaçılardan səs istəyərək "Bunu gözləmirdim. Oyunda qalmaq istəyirəm. Çox rica edirəm, mənə səs verin" sözlərini deyib.
Aparıcı əvvəl hədəfinin Suna Kasımoğlu olduğunu bildirsə də, daha sonra fikrindən vaz keçib:
"Heç kim məndən inciməsin. Amma Türkiyədə bu cür yarışma olsaydı, onlar azərbaycanlı iştirakçını bu qədər uzun müddət oyunda saxlamazdılar".
Lalənin bu sözləri proqramın aparıcısı, Xalq artisti Murad Dadaşov və digər iştirakçılar tərəfindən qınanılıb.
Aparıcı daha sonra dediyi sözlərə görə üzr istəyib və Sunanı çıxarmayacağını deyib.
Sonda L.Mustafayeva 58,61 faiz səs toplayaraq yarışmada qalıb. O, müğənni Türkan Vəlizadəni şoudan uzaqlaşdırıb.
Qeyd edək ki, şouda oyunu müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova davam etdirir.(axsam.az)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре