Ziraat Bank Azərbaycanın xalis mənfəəti 2 dəfədən çox artdı (R)

Ziraat Bank Azərbaycan maliyyə nəticələrinə aid göstəricilərini açıqlayıb. Nəticələrə əsasən ötən ilin analojı dövrü ilə müqayisədə bankın xalis mənfəəti 2 dəfədən çox artaraq 3.90 mln manat təşkil edib.   

Açıqlanmış hesabata əsasən bankın kredit və depozit portfellərində də artım müşahidə edilir. Belə ki, ötən ilin analojı dövrü ilə müqayisədə kredit portfelində 27 %, depozit portfelində isə 33 %  artım qeydə alınıb. Qeyd edək ki, Ziraat Bank Azərbaycanın kredit portfelinin 97,76 %-ni biznes kreditlər təşkil edir. Bu isə bankın real sektorun inkişafına böyük önəm verdiyinin vacib göstəricisidir. Bankın xalis əməliyyat gəlirində də artım müşahidə edilir. Belə ki, xalis əməliyyat gəliri 23 % artaraq 5.5 mln manat təşkil etmişdir.  

Bankın uğurları bununla da bitmir. Belə ki, Ziraat Bank Azərbaycanın aktivləri də ötən ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 340 milyon 848 min manata yüksəlmişdir. Bankın cəmi məcmu kapitalı isə 74.6 mln manat təşkil edir, bu da minimal kapital tələbini 49% üstələyir. Qeyd edək ki, bu göstərici üzrə də analojı dövr ilə müqayisədə artım qeydə alınıb.  

Ziraat Bank Azərbaycan tərəfindən təqdim edilən məlumata əsasən yaxın zamanda filial şəbəkəsinin genişləndirilməsi və yeni məhsulların müştərilərin istifadəsinə verilməsi gözlənilir.     

"Ziraat Bank Azərbaycan" ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxil olan Bank olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur.  

Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.