Bakıda tələbələr kolbasadan

Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib. Təhsil Mərkəzinin 2 tələbəsi-17 yaşlı İslam Balayev və Bahadur İmanov qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərilib.

İlkin araşdırmalar zamanı tələbələrin kolbasadan zəhərlənməsi üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.