Azərbaycana dərman gətirilməsi ilə bağlı mühüm qərar VERİLƏCƏK
Azərbaycana şəxsi istifadə üçün dərman vasitələrinin ölkəyə gətirilməsi miqdarı üzərində işləyirik.
Day.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.
"Əfsuslar olsun ki, bəzən şəxsi istifadə üçün dərmanın miqdarını, bəzən isə psixotrop dərmanların gətirilməsi miqdarını müəyyən edə bilmirik. Dərmanların zəruri ehtiyacların həddinin müəyyən edilməsi ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə işlərə başlamışıq və yaxın vaxtlarda bunun layihəsi hökumətə təqdim olunacaq", - deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре