https://news.day.az/azerinews/1528084.html
Prezidentin fərdi təqaüdünün məbləği 1500 manat müəyyən edildi
Prezidentin fərdi təqaüdünün məbləği 1500 manat müəyyən edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 manat müəyyən edilir.
İndiyə qədər bu məbləğ 1450 manat idi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре