“Yeni Hayat” qardaş Türk xalqının köməyinə tələsir: 100 min dollar
Bir neçə gün öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqına müraciət etmişdir. Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyeva öz müraciətində zəlzələdən zərər çəkən qardaş Türk xalqına təmənnasız yardım göstərən həmvətənlərimizə xüsusi minnətdarlığını bildirmişdir.
Ölkənin aparıcı şirkətləri də istisnasız olaraq Türkiyəyə öz yardımlarını göndərməkdə davam edirlər. Day.Az-ın əldə etdiyi məlumata əsasən, Azərbaycanın tanınmış tikinti şirkətlərindən olan "Yeni Hayat" zəlzələ nəticəsində zərər çəkənlərə, yaralanan və həlak olanların ailələrinə 100 min ABŞ dolları yardım etmişdir. Qardaş Türkiyəyə yardım davam edir...
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре