Avtomobillə 3 yaşlı uşağın başının üzərindən keçdi - Bakıda qandonduran qəza - ŞOK VİDEO

Bakıda iyunun 4-də baş verən dəhşətli hadisənin görüntüləri yayılıb. Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib. Hadisə Abşeron rayon Qobu qəsəbəsində baş verib.
Qara rəngli "Honda" markalı avtomobilin geriyə doğru gedərkən küçədə oynayan 3 yaşlı Aqil Rəhimovun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.
Həmçinin oxuyun: Bakıda avtobusdan enən şagirdi maşın belə vurdu - Dəhşətli qəzanın yeni görüntüləri - VİDEO
Hadisəni törədən sürücü qonşudur. O da qeyd olunub ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.
Day.Az ARB TV-yə istinadən həmin görüntüləri təqdim edir:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре