Ərdoğan 12 ildən sonra İraqa səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edəcək.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində ilk olaraq İraq prezidenti Əbdüllatif Rəşidlə və İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşəcək.

Səfərin əsas müzakirələrinə terrorla mübarizə, su ehtiyatlarından istifadə və təbii neft və qazın Türkiyəyə axını daxildir.