Yeni "Airbus" və "Boeing" təyyarələrinin AZAL-a təhvil veriləcəyi tarix

Yeni "Airbus" və "Boeing" təyyarələrinin 2032-ci ilədək AZAL-a təhvil verilməsi planlaşdırılır.

Day.Az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Strategiya və Biznesin İnkişafı İdarəsinin rəhbəri Vasif Manafı bu gün Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda deyib.

"AZAL-ın hava gəmisi parkının orta yaşı 14-dür. Bu isə həm öz növbəsində müştəri məmnuniyyətinin azalmasına, həmçinin təyyarələrin istismar xərclərinin artmasına gətirib çıxarır. Bu yöndə ciddi addımlar atılmışdır.

Bu addımlara misal olaraq, "Airbus" və "Boeing" şirkətləri ilə 2023-cü ildə 20-dən çox təyyarənin alışı ilə bağlı müqavilələrin imzalanmasını qeyd edə bilərik. Qeyd olunan yeni təyyarələrin önümüzdəki illərdə 2032-ci ilədək AZAL-ın gəmi parkına daxil edilməsi planlaşdırılır", - o bildirib.