https://news.day.az/azerinews/1757739.html Müəyyən edilən əlavə prosedurlar satınalmaların keçirilməsində çətinliklər yaradır – Hesablama Palatası Hesablama Palatasının apardığı təhlillər dövlət satınalmaları sahəsində yeni qanunvericiliyin tətbiqinin bir sıra müsbət dəyişikliklərə töhfə verdiyini deməyə imkan yaradır.

Müəyyən edilən əlavə prosedurlar satınalmaların keçirilməsində çətinliklər yaradır – Hesablama Palatası

Azərbaycanca, 3 июня 2025 12:22 (UTC +04:00) 411
Müəyyən edilən əlavə prosedurlar satınalmaların keçirilməsində çətinliklər yaradır

Hesablama Palatasının apardığı təhlillər dövlət satınalmaları sahəsində yeni qanunvericiliyin tətbiqinin bir sıra müsbət dəyişikliklərə töhfə verdiyini deməyə imkan yaradır.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sədr bildirib ki, qeyd olunan müsbət məqamlarla yanaşı, tətbiq edilən yeni qanunvericilik aktının digər təsirləri də müşahidə olunub.

"Belə ki, təhlillər yeni qanunvericilikdə bir sıra məsələlərin tənzimlənmədiyini, dövlət satınalmalarından istisna edilə biləcək halların müvafiq hüquqi aktda təsbit edilmədiyini, müəyyən edilmiş əlavə prosedurların satınalmaların keçirilməsinə çətinliklər yaratdığını və s. göstərib. Bu isə yeni qüvvəyə minmiş qanunvericiliyin təkmilləşdirilməsini zərurətə çevirib. Hazırda tərəfimizdən bu istiqamətdə iş aparılır və yaxın günlərdə təkliflər paketimiz aidiyyəti üzrə təqdim ediləcək", - deyə V.Gülməmmədov qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости