https://news.day.az/azerinews/1774550.html
ABŞ-ın üç ştatı Vaşinqtona Milli Qvardiya əsgərlərini göndərəcək
ABŞ-nin Qərbi Virciniya, Ohayo və Cənubi Karolina ştatlarının hakimiyyəti Vaşinqton şəhərində ictimai asayişin qorunmasına kömək etmək üçün şəhərə 700-ə yaxın Milli Qvardiya hərbçisi göndərəcək. Day.Az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.
ABŞ-ın üç ştatı Vaşinqtona Milli Qvardiya əsgərlərini göndərəcək

ABŞ-nin Qərbi Virciniya, Ohayo və Cənubi Karolina ştatlarının hakimiyyəti Vaşinqton şəhərində ictimai asayişin qorunmasına kömək etmək üçün şəhərə 700-ə yaxın Milli Qvardiya hərbçisi göndərəcək.
Day.Az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.
Məlumata əsasən, Qərbi Virciniya qubernatoru Patrik Morrisi ABŞ-nin paytaxtına 300-dən 400-ə qədər əsgər göndərəcəyini bildirib.
Ohayo qubernatoru Mayk Devayn də 150 nəfər göndərəcək, Cənubi Karolina qubernatoru Henri Makmaster isə 200 Milli Qvardiya əsgəri yerləşdirməyə söz verdi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре