https://news.day.az/azerinews/1775897.html "Sədərək" ticarət mərkəzindəki yanğın zamanı 2 nəfər hospitalizasiya olunub Avqustun 24-də saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub. TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

"Sədərək" ticarət mərkəzindəki yanğın zamanı 2 nəfər hospitalizasiya olunub

Azərbaycanca, 24 августа 2025 16:07 (UTC +04:00) 442
"Sədərək" ticarət mərkəzindəki yanğın zamanı 2 nəfər hospitalizasiya olunub

Avqustun 24-də saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

Onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.

Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости