https://news.day.az/azerinews/1785762.html Hökuməti devirmək cəhdinə cavab veriləcək - Gürcüstan prezidenti Gürcüstanda dünənki seçkilər ən yüksək demokratiya standartlarına uyğun keçirilib. Trend-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Kavelaşvili prezident administrasiyasında keçirilən brifinqdə deyib. M.Kavelaşvili peşəkarlığa görə Mərkəzi Seçki Komissiyasına və onun əməkdaşlarına təşəkkür edib.

Hökuməti devirmək cəhdinə cavab veriləcək - Gürcüstan prezidenti

Azərbaycanca, 5 октября 2025 16:38 (UTC +04:00) 413
Hökuməti devirmək cəhdinə cavab veriləcək

Gürcüstanda dünənki seçkilər ən yüksək demokratiya standartlarına uyğun keçirilib.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Kavelaşvili prezident administrasiyasında keçirilən brifinqdə deyib.

M.Kavelaşvili peşəkarlığa görə Mərkəzi Seçki Komissiyasına və onun əməkdaşlarına təşəkkür edib.

O, həmçinin "Gürcü Arzusu" partiyasını qələbə münasibətilə təbrik edib və seçiciləri səfərbər etdiyinə görə bütün siyasi qüvvələrə təşəkkür edib.

M.Kavelaşvili Tbilisidəki şeçkilərlərlə paralel baş tutan etiraz aksiyasını ayrıca şərh edərək, bunu hökuməti devirmək cəhdi kimi qiymətləndirib.

Onun sözlərinə görə, aksiya zamanı vandalizm və zorakılığa çağırışlar olub. O, təşkilatçıların hərəkətlərini xarici kəşfiyyat orqanları ilə əlaqələndirib və hakimiyyətdən sərt cavab vəd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости