Nazir ermənilərin "Qara siyahı"dan çıxarılması məsələsinə aydınlıq gətirib

İşğal aradan qaldırıldıqdan sonra həmin şəxslər Azərbaycana müraciət etdikdə, günahlarını etiraf etdiyi təqdirdə onlar qara siyahıdan çıxarıla bilər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

 

Ceyhun Bayramov qeyd edib ki, 30 il ərzində iki min nəfərdən ibarət bir qara siyahı formalaşıb:

"Son illərdə müraciət əsasında onlarla şəxs qara siyahıdan çıxarılıb".
Nazir vurğulayıb ki, qara siyahıda yer alan bu şəxslərin Azərbaycana səfər etməsindən söhbət gedə bilməz.