Çayı belə içəndə mədə xərçəngi yaradır

Çinin Paytaxt Tibb Universitetinin alimləri tərəfindən aparılan araşdırma çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi riskini yüksəltdiyini göstərib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 12 il müddətində 328 mindən çox insanın sağlamlıq göstəriciləri izlənilib. İştirakçıların gündə neçə fincan və hansı temperaturda içki qəbul etdiyi qeyd olunub.

Məlum olub ki, gündə 8-9 fincandan çox isti içki içənlərdə mədə xərçəngi riski 54% artıb. Çox isti içkiləri davamlı qəbul edən şəxslərdə risk isə iki dəfədən artıq yüksəlir.

 

Alimlər bildirir ki, nəticələr yaş, həyat tərzi və siqaret istifadəsi kimi faktorlar nəzərə alınandan sonra da dəyişməyib.