https://news.day.az/azerinews/1805834.html
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb.
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı S.Quluzadə müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin avtobusa sərnişin qismində daxil olduğu və anidən yanında dayandığı sürücünün mobil telefonunu götürərək qaçdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре