Vüsalə qalmaqal yaşadığı müğənni ilə belə

Müğənni Türkan Vəlizadə ilə aparıcı Vüsalə Əlizadə arasında yaşanan gərginlik sona çatıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, ifaçının meyxanaçılarla eyni efirdə yer almaqdan imtina etməsi səbəbindən aparıcı Vüsalə Əlizadə ilə aralarında qalmaqal yaranmışdı. Bu hadisə bir müddət mediada və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.

Lakin tərəflər arasındakı bu küsülülük uzun çəkməyib. Məlumata görə, aparıcı və müğənni verilişlərin birinin kulisində qarşılaşıb və aralarındakı küsülülüyə son qoyublar. Beləliklə, Türkan Vəlizadə ilə Vüsalə Əlizadə arasında olan soyuq münasibətlər aradan qalxıb, tərəflər "buzları əridiblər".