Prezident İlham Əliyev nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında qanun imzalayıb
"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun qəbul edilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Qanunda öz əksini tapıb.
Bu qanun Azərbaycan ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyəcək.
Qanunda daşıyıcı, ekspeditor, ekspeditora verilən muzd, müştəri, nəqliyyat-ekspedisiya fəaliyyəti, nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları, nəqliyyat-ekspedisiya xidmətləri, yük, yük-nəqliyyat sənədi kimi əsas anlayışlar təsbit edilib.
Sənəddə nəqliyyat-ekspedisiya fəaliyyətini həyata keçirmək üçün hüquqi əsaslar, nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri və nəqliyyat-ekspedisiya xidmətləri öz əksini tapıb.
Həmçinin nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində dövlət tənzimləməsinin əsas məqsədləri və dövlətin vəzifələri, nəqliyyat-ekspedisiya fəaliyyətinə dövlət dəstəyi müəyyənləşdirilib.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре