https://news.day.az/azerinews/1811622.html 22 yaşlı Farizin faciəvi ölümünün TƏFƏRRÜATI Qusarda dəm qazından həyatını itirən 22 yaşlı Fəzail Fariz oğlu Əbiyevlə bağlı bəzi təfərrüatlar məlum olub. İmamqulukənd bələdiyyəsinin sədri Canəli Hörmətovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış.

22 yaşlı Farizin faciəvi ölümünün TƏFƏRRÜATI

Azərbaycanca, 24 января 2026 11:12 (UTC +04:00) 417
22 yaşlı Farizin faciəvi ölümünün

Qusarda dəm qazından həyatını itirən 22 yaşlı Fəzail Fariz oğlu Əbiyevlə bağlı bəzi təfərrüatlar məlum olub.

Day.Az xəbər verir ki, İmamqulukənd bələdiyyəsinin sədri Canəli Hörmətovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış.

1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmamqulukənd kənd qəbiristanlığında dəfn edilib.

Şəhid əmisinin adını daşıyan Fəzail Əbiyev ötən gecə işdən qayıtdıqdan sonra hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Bildirilib ki, mərhum "Şahdağ" Turizm Mərkəzində çalışıb, hərbi xidmətdə olub və subay idi.

Xatırladaq ki, yanvarın 23-də Qusarın İmamqulukənd kəndində, 22 yaşlı Fəzail Fariz oğlu Əbiyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək həyatını itirib.

Faktı Qusar rayon prokurorluğu araşdırır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости