Ötən il Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin həcmi açıqlandı

2025-ci ildə Azərbaycandan Portuqaliyaya 430,7 milyon dollar dəyərində bitumlu süxurlardan əldə edilmiş 803,4 min ton xam neft və neft məhsulları ixrac olunub.

Day.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 200,5 milyon dollar və ya 31,8 faiz, həcm baxımından isə 201,6 min ton və ya 20,1 faiz azdır.

Hesabat dövrü ərzində Portuqaliya Azərbaycanın ən çox neft və neft məhsulları ixrac etdiyi ölkələr sırasında 6-cı yer tutub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.