Bu avtomobillərin idxalı ƏDV-dən azad edildi
Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" Qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:
- idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
- idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.
Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.
Bu tələb qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре