Azərbaycan və Almaniya arasında ticarət əməliyyatlarının həcmi açıqlandı
Cari ilin yanvar ayında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 94,9 milyon ABŞ dolları təşkil edib.
Day.Az bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 188,5 milyon dollar vəya 3 dəfə azdır.
Hesabat dövrü ərzində Almaniya ilə ticarət dövriyyəsinin Azərbaycanın ümumdaxili məhsulundakı (ÜDM) payı 2,68 faiz təşkil edib. Beləliklə, ölkə hesabat dövrü ərzində Azərbaycanla ən yüksək ticarət dövriyyəsi olan ölkələr sırasında 6-cı yer tutub
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə ümumilikdə 3,538 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5 faiz azdır.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 802 milyon ABŞ dolları və ya 26,4 faiz, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5 faiz azalıb.
Nəticədə xarici ticarətdə 933,6 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3 faiz azdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре