Kral Filip Prezident İlham Əliyevə məktub göndərib

Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram".