https://news.day.az/azerinews/1836929.html Eltilər arasında dava zamanı 6 yaşlı uşaq bıçaq xəsarəti aldı Kürdəmirdə iki elti arasında düşən dava azyaşlının yaralanması ilə nəticələnib. bizim.media xəbər verir ki, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri olan eltilər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı qadınlardan biri bıçağa əl atıb.

Eltilər arasında dava zamanı 6 yaşlı uşaq bıçaq xəsarəti aldı

Azərbaycanca, 24 мая 2026 12:06 (UTC +04:00) 327
Eltilər arasında dava zamanı 6 yaşlı uşaq bıçaq xəsarəti aldı

Kürdəmirdə iki elti arasında düşən dava azyaşlının yaralanması ilə nəticələnib.

bizim.media xəbər verir ki, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri olan eltilər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

Mübahisə zamanı qadınlardan biri bıçağa əl atıb. Bu vaxt bıçaq yaxınlıqda olan 2019-cu il təvəllüdlü Nuray Mehman qızı Cəbrayılovanın çənə nahiyəsinə dəyib.

Bıçaq xəsarəti alan azyaşlı dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости