Vüqar Əliyev həbs olundu

"Azərenerji"nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən "Azenco" şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, V.Əliyev 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur. 

İş üzrə ibtidai araşdırma artıq başa çatıb. V.Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

"Qafqazinfo"nu yeni instaqram səhifəsində izləyin!

Yaxın günlərdə məhkəmə başlayacaq.