Çayla dərman qəbul etmək müalicənin təsirini azalda bilər
Mütəxəssislər bildirirlər ki, antibiotiklər, dəmir preparatları, antidepressantlar və bəzi digər dərmanları çayla qəbul etmək onların təsirini ciddi şəkildə zəiflədə bilər. Səbəb çayın tərkibində olan taninlərin dərman maddələri ilə reaksiyaya girərək onların sorulmasına mane olmasıdır.
Day.Az xəbər verir ki, bundan başqa, çayda olan kofein bəzi dərmanların orqanizmdə təsir müddətini dəyişə və yan təsirlərin riskini artıra bilər.
Bu, həm müalicənin effektivliyini azaldır, həm də əlavə sağlamlıq problemlərinə yol aça bilər.
Həkimlər dərmanların yalnız adi su ilə qəbul edilməsini və çay-qəhvə ilə ən azı 30-60 dəqiqə, bəzi hallarda isə 2 saata qədər fasilə saxlanılmasını tövsiyə edirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре