Milli Məclisin növbəti iclasının tarixi

Milli Məclisin 2026-cı il növbədənkənar sessiyasının növbəti iclasının tarixi məlum olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasının sonunda məlumat verib.

Spiker bildirib ki, növbəti iclas iyulun 10-da keçiriləcək.