https://news.day.az/azerinews/1846498.html ADY Bakı–Tbilisi–Bakı qatarı üzrə 5 500-ə yaxın bileti satışa çıxarıb Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarla 10 iyuldan 6 avqusta qədər ümumilikdə 5 500-ə yaxın bilet satışa təqdim olunub. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Bakı-Tbilisi-Bakı qatarında yeniliklərlə bağlı keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.

ADY Bakı–Tbilisi–Bakı qatarı üzrə 5 500-ə yaxın bileti satışa çıxarıb

Azərbaycanca, 7 июля 2026 15:49 (UTC +04:00) 482
ADY Bakı–Tbilisi–Bakı qatarı üzrə 5 500-ə yaxın bileti satışa çıxarıb

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarla 10 iyuldan 6 avqusta qədər ümumilikdə 5 500-ə yaxın bilet satışa təqdim olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Bakı-Tbilisi-Bakı qatarında yeniliklərlə bağlı keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərnişinlər biletləri həm onlayn, həm də kassalardan əldə edə bilərlər.

"10 iyul 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq. Hazırda qatarlarda olan 178 yer 282-yə çatdırılacaq. Əlavə üç vaqonda ümumilikdə 104 yer olacaq. Bununla da bir qatarın sərnişin tutumu təxminən 60 faiz artırılır", - deyə o bildirib.

A.Fərəcov qeyd edib ki, əlavə yerlər üzrə biletlər artıq satışa çıxarılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости