https://news.day.az/azerinews/1846687.html
Xıdırlıda yanğın başlayıb: geniş əraziyə yayılıb
Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yanğın baş verib. Day.Az Trend-ə istinadən xəbər verir ki, yanğın kəndin açıq sahəsində qeydə alınıb. Güclü küləyin təsiri nəticəsində alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub.
Xıdırlıda yanğın başlayıb: geniş əraziyə yayılıb
Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yanğın baş verib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, yanğın kəndin açıq sahəsində qeydə alınıb. Güclü küləyin təsiri nəticəsində alov qısa müddətdə geniş əraziyə yayılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi və alovun ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi hələlik məlum deyil.
Xəbər yenilənəcək
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре