https://news.day.az/azerinews/1846717.html ADSEA Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı açıqlama verdi - FOTO Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində - dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna avtomobillərin düşməsi ilə bağlı açıqlama yayıb.

ADSEA Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı açıqlama verdi - FOTO

Azərbaycanca, 8 июля 2026 16:19 (UTC +04:00) 316
ADSEA Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı açıqlama verdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində - dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna avtomobillərin düşməsi ilə bağlı açıqlama yayıb.

Day.Az xəbər verir ki, ADSEA-ya məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən bildirilib ki, sözügedən ərazidə Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur.

Qeyd edilib ki, tikinti işlərinin aparıldığı sahədə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, ərazi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.

Qurumdan vurğulanıb ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə Pirşağı qəsəbəsində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə bağlı yayılan məlumatların araşdırılması və rəsmi açıqlama alınması üçün müvafiq quruma müraciət edilməsi tövsiyə olunur.

  • ADSEA Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı açıqlama verdi
  • ADSEA Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı açıqlama verdi
  • ADSEA Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı açıqlama verdi
  • ADSEA Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı açıqlama verdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости