https://news.day.az/azerinews/1846736.html Balakəndə sel səbəbindən köməksiz qalan kişi xilas edilib - VİDEO Balakən rayonu, Katex kəndində bir nəfər sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalıb. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Balakəndə sel səbəbindən köməksiz qalan kişi xilas edilib - VİDEO

Azərbaycanca, 8 июля 2026 17:23 (UTC +04:00) 332
Balakəndə sel səbəbindən köməksiz qalan kişi xilas edilib

Balakən rayonu, Katex kəndində bir nəfər sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalıb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş - 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости