İnsanlar niyə kədərini gizlədib xoşbəxt görünməyə çalışırlar? – Psixoloq səbəbləri açıqladı
Bəzi insanlar daxili narahatlıqlarını və emosional çətinliklərini ətrafdakılardan gizlədərək daim gülərüz görünməyə çalışırlar. Mütəxəssislərin fikrincə, bu davranış çox vaxt insanın başqalarına yük olmaq istəməməsi və yaşadığı problemləri kiçik göstərməyə çalışması ilə bağlı olur.
Day.Az xəbər verir ki, psixologiyada belə hallar "gülərüz depressiya" anlayışı ilə izah edilir.
Psixoloqlar bildirirlər ki, insan öz həqiqi hisslərini uzun müddət gizlətdikdə emosional yorğunluq daha da arta bilər. Xaricdən hər şey qaydasında görünsə də, daxildə davam edən stress və sıxıntı insanın enerjisini tükədir. Sevdiyi fəaliyyətlərdən uzaqlaşmaq, ünsiyyətdən qaçmaq, əvvəlkindən fərqli davranmaq və ya səbəbsiz aqressiv olmaq diqqət tələb edən əlamətlər sırasında göstərilir.
Mütəxəssislərin sözlərinə görə, depressiv vəziyyət hər zaman kədər və susqunluq formasında görünmür, bəzən qəzəb və həddindən artıq şən davranışlarla da özünü göstərə bilər. Belə hallarda insanın yaxınlarının dəstəyi və lazım gəldikdə peşəkar yardım alması vacibdir. Sağlam emosional vəziyyət üçün hissləri qəbul etmək və onları ifadə etməyi öyrənmək mühüm rol oynayır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре