NATO sammitinin yekunlarına dair Ankara bəyannaməsi qəbul edilib
Türkiyənin ev sahibliyi etdiyi NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə toplantısı öz işini yekunlaşdırıb. Sammitin sonunda toplantının yekunlarına dair "Ankara bəyannaməsi" qəbul edilib.
Day.Az xəbər verir ki, bəyannaməyə əsasən, NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayırmağı öhdələrinə götürüblər.
Həmçinin blok ölkələri sammit çərçivəsində ümumi dəyəri 50 milyard ABŞ dolları olan yeni hərbi müqavilələr imzalayıblar.
Yekun bəyannamədə alyans ölkələrinin liderləri Rusiyanın Avroatlantik birliyi üçün uzunmüddətli təhdid yaratdığını bir daha bəyan ediblər.
Qeyd edək ki, NATO-nun yekun bəyannaməsində Ukraynanın alyansa qəbul edilməsi ilə bağlı öhdəlik yer almayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре