Çərəzlər qocalmanı ləngidə bilər:

Terapevt və lipidoloq Yelena Sebko ən faydalı çərəzlərin siyahısını açıqlayıb. Onun sözlərinə görə, reytinqə omeqa-3, antioksidant və polifenollarla zəngin olan qoz başçılıq edir. Ardınca E vitamini və maqnezium mənbəyi olan badam, daha az kalorili, lakin lif və kaliumla zəngin püstə, həmçinin E vitamini və faydalı yağ turşuları ilə seçilən fındıq gəlir.

Day.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, ilk beşliyi seleniumla zəngin Braziliya qozu tamamlayır. O, bu çərəzdən gün ərzində cəmi 1-2 ədəd istifadə etməyi tövsiyə edib, çünki seleniumun normadan artıq qəbulu sağlamlığa zərər verə bilər.

Həkim vurğulayıb ki, bütün çərəzlər yüksək kalorili məhsullardır. Buna görə də onların gündəlik qəbulu təxminən 25-30 qram, yəni bir ovucdan artıq olmamalıdır.