https://news.day.az/azerinews/1849367.html Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır - Kansler Bu gün Birgə Bəyannaməni imzalamaqla münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün mühüm təməl qoyuruq. Eyni zamanda, Azərbaycan-Almaniya Biznes Şurasının təsis edilməsi barədə razılığa gəldik.

Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır - Kansler

Azərbaycanca, 21 июля 2026 16:17 (UTC +04:00) 361
Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır

Bu gün Birgə Bəyannaməni imzalamaqla münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün mühüm təməl qoyuruq. Eyni zamanda, Azərbaycan-Almaniya Biznes Şurasının təsis edilməsi barədə razılığa gəldik.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.

Kansler bildirib ki, bu, hər iki ölkə üçün mühüm siqnaldır və Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır.

"Orta Şərqdə davam edən böhran fonunda neft, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatı sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir", - deyə Fridrix Merts vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости