https://news.day.az/azerinews/1852410.html Fransanın cənubunda “qırmızı” xəbərdarlıq elan olunub Fransanın Milli Meteorologiya Xidməti ölkənin cənub departamentlərində meşə yanğınları ilə əlaqədar ən yüksək - "qırmızı" təhlükə səviyyəsi elan edib. Bu barədə qurumun rəsmi saytında dərc olunan məlumatda bildirilib. "Qırmızı" xəbərdarlıq Od, Var, Voklüz və Buş-dü-Ron departamentlərinə şamil edilir.  

Fransanın cənubunda “qırmızı” xəbərdarlıq elan olunub

Azərbaycanca, 6 августа 2026 13:45 (UTC +04:00) 158
Fransanın cənubunda “qırmızı” xəbərdarlıq elan olunub

Fransanın Milli Meteorologiya Xidməti ölkənin cənub departamentlərində meşə yanğınları ilə əlaqədar ən yüksək - "qırmızı" təhlükə səviyyəsi elan edib.

Bu barədə qurumun rəsmi saytında dərc olunan məlumatda bildirilib.

"Qırmızı" xəbərdarlıq Od, Var, Voklüz və Buş-dü-Ron departamentlərinə şamil edilir.

 

"Yaxın iki gün ərzində Aralıq dənizi bölgəsində güclü istilər və küləyin güclənməsi səbəbindən meşə yanğınları riski yüksək və son dərəcə yüksək olacaq", -deyə xidmətin rəsmi "X" səhifəsində bildirilib.

Proqnoza görə, avqustun 6-da bəzi rayonlarda havanın temperaturu 38 dərəcəyədək yüksələcək.

Qeyd edək ki, 2026-cı ildə Avropada, xüsusilə İspaniya və Fransada meşə yanğınları rekord miqyas alıb. Fransada indiyədək rekord həcmdə - 117 min hektar meşə sahəsi yanaraq məhv olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости